
Çox yaxınım belə bir cümlə işlətmişdi bir dəfə: Qızlar isti aylarda oğlanlar soyuq aylarda daha zövqlü geyinə bilir.
Elə də mənalı cümlə gəlməyə bilər sizə amma istənilən markanın kolleksiyalarına, həmin fəsillərdə vitrinlərə fikir versəniz elə olduğunu görərsiniz.
Çox heyf ki bu cür yaxşılığa doğru müasirləşən Bakıda (görünüşcə) gəzəndə 80 faiz bəlkə də daha çox eyni tip geyimlər eyni tip insanlar görürük.
Bakıda "Stilni oğlan" deyəndə ağıla ilk gələn damdaar yığılmış şalvar, 3 manata alınmış LV, Moschino, Gucci, Hermes kəmərləri, o qədər dar ki əynində düymələrin arasından bədəni görünən yığdırılmış rubaşkalar.. Mokasinlər.. (yadımnan çıxmışdı soradan yadıma düşdü).

Standart geyimlərimizdən biri. Qara kofta qara kurtka. Geyim mütləq qara olmalıdı.

Düzdü bu geyimi mən bəyənməsəm də bəyənənlər çoxdu. Ona görə buna çox ilişməyəcəm.

Qabaqdan soyuq havalar gəlir, məsələn, universitetlərdə, iş yerlərində, küçədə, bayırda bu geyimdə oğlanlar görsəy pis olar? Yun necə yaraşır baxın.
Düzdü, bir tərəfdən oğlanları başa düşürəm. Maraqlı bir şey geyinməyə çalışsalar "ponyatkalı" dostları "ehehe bu nədi ala, bunun oğlançun olanı yoxuydu? ehehe"
deyib adamı əsəbləşdirirlər.
Oğlanlar haqqında danışırıqsa tək geyimlərindən yox saçlarınnan da danışaq.
Bilin ki, siz bərbərlərə oğlan şəkilləri aparanda ki saçımı belə düzət nəticəsi aşağıdakı kimi olur.

ya da "çeçenka" dediyiniz bu saç modeli. Axı gözəl görünmür bu...
Futbolçularda, aktyorlarda saçlar görürsünüz, deirsiniz mənim də saçım belə olsun. Əvvəl min ölçün görün sizin üz quruluşunuza burnunuza gözünüzə o saç gedir ya yox?! Çalışın həmişə bir bərbərlə işləyin. O sizin üzünüzə nə gedir, nə yaraşır daha yaxşı biləcəy.
Aktual mövzülardan biri olan SAQQAL...
Başa düşürəm. Həryerdə bu şəkilləri görürsünüz siz də dəbə uymaq istəyirsiniz və bu çox yaxşı şeydi. Amma onlar fotomodellərdi. Sizə də belə yaraşır? Yaraşanı var hə amma yaraşmayanı daha çox görmüşəm. Ortalıqda vəhabi kimi gəzillər. Nolsun fotomodeldi deyirsiniz məsələn. Onların qaşlarına baxın, elə səliqəli qaşınız varsa çox ehtimal sizə də yaraşar saqqal. Qaşı tamam bitişik olan oğlanlar belə saqqal saxlayanda dəhşət olur O.o
Türklərin kirli sakal dedikləri söz birləşməsi daha çox oğlana yaraşır nəinki belə saqqal.
No comments:
Post a Comment