Tuesday, 7 October 2014

Happy Birthday Mom!

Həyatda mənə ən dəyərli olan biri mamamdı. Uşaqlıqdanbəri hər onun adgününə nəsə hazırlamağa çalışmışam. 4-5 yaşımolanda bir neçə ay pul yığıb 6 məmmədə (1 manat 20 qəpiyə) tort almışdım. yenə balaca vaxtlarımda 8 şirvan səhf eləmirəmsə (16 manat) pulyığıb güldan almışdım. Məhəlləmizdəki marketdə satılırdı neçə vaxt gəlib gedib orda satıcıya xaiş eləmişdimki "xala o vazanı satmayın biz pul yığıb mamamıza alacıq." Sora bir dəfə bibim oğlanları bizdə idi demişdilər ki o nədi elə aftafaya oxşuyur. Nə qədər pis olmuşdum hələdə yadımdadı. Amma doğurdan o qədər çirkin güldandı ki :D :D Bu təxminən 6 yaşımda olub.Məktəbə təzə gedəndə onun baş hərflərindən Şeir yazmağa çalışmışdım. Bu işin mənniy olmadığını görüb işi zirvədə buraxdım :D O şeir hələdə mamada hardasa qalır)) Ağlıma başka suprizlərim indi gəlmir :(
Mamam riyaziyyat müəlliməsidi. Mən də keçən il ona video hazırlamağa qərara gəlmişdim. Hazırlıq şagirdləri, əvvəl dərs dediyi şagirdlər kimlərləki əlaqə saxlaya bilmişdim olardan video hazırlamışdım. Mən bilən mamanın xoşuna gəlmişdi o da :) Videonu aşağıya qoydum. Mənə kömək edənlərə minnətdaram)

Mamaya hədiyyə fikirləşəndə həmişə 1il əvvəldən fikirləşirəm. Bu dəfə də hədiyyəmin nə olacağıını 6 ay əvvəldən planlamışdım. İnternettə gəzəndə təsadüfən maraqlı suprizlər çıxdı rastıma. Və belə birşeyin mamanın çoox xoşuna gələcəyini fikirləşdim. Axtardım Azərbaycanda belə bir hədiyyələr hazırlayan şirkətin olub olmadığı ilə maraqlandım və TAPDIIMM!! 


Hə bu urəyi tapdıq indi bu nə gətirib versin mamaya qaldı onu fikirləşmək. Hansı ki onu çoox təəccübləndirsin. Mamam Parfumbaz olduğuna görə həm də duxi ilə bağlı bir şey olsun.  Və birdən belə bir şey ağlıma gəldi... 


Belə bir upakovka aldığınızı təsəvvür edin..
Özü də bəzi tanışlarına mamadan "tava xoşlayırsınız ya qazan" sualı verməyini istədim. Hər dəfə də mamaya o sualı verəndə əsəbləşirdiki mənə tava alsalar başlarına keçirdərəm :D Ya da o sualı verənlərə "villeroy&boch dan alın heç olmasa alsaz" deirdi. (Bəli mamam da brend sevəndi ^_^)





Tavamızı da aldıq içinə də mamanın sevdiyi iylərdən olan  Shiseido dan Zen.
Deməli həmin gün mama da aşağı sinif şagirdlərini Metroparka aparmışdı.Metro Parkda gəzdiyləri vaxt Bu çıxdı qarşılarına əvvəldə Metro Parkdakı iqruşkalardan biri bildi. Yaxınlaşıb "Salam Zülfiyyə xanım sizi Müəllimlər günü, Qurban bayramı və ad günü münasibəti ilə təbrik edirik" Mama da hələ donuz Ürəyin üzünə baxır ki adımı hardan bilir görən. Axırda deyəndə ki "bu qızınız Nigarın hədiyyəsidi" və tavanı mamaya uzadanda başa düşdü  olanları :D 



Mən elə qəşəng, bəzəyli cümlələr çox qura bilmirəm deyə belə suprizlər eləməyi xoşlayıram. Həmişə yanımda ol, i həmişə belə ol!!! 

No comments:

Post a Comment