Saturday, 26 September 2015

Dream Catcher – Yuxu tutan



Dream Catcher 


Yuxu tutan







Son zamanlar yəgin ki, tez-tez qarşılaşmısınız bu aksesuarla. Dream Catcher-ə çox yerdə rast gələ bilərik – evdə dekor kimi, aksesuar olaraq sırğa, boyunbağı və ya pirsinq kimi, hətta bədəndə bu simvolu tattoo kimi döydürmək də bu aralar çox trenddir. Kimisi aksesuarın görünüşünə görə kimisi də inanclarına görə.








 

Bəs əslində bu simvolun mənası nədir? Necə yaranıb?
Dream Catcher hərfi mənası yuxu tutan və ya yuxu ovlayan kimi tərcümə etmək olar . Yaranma tarixi isə çox qədimdən gəlir. Şimali Amerikada yaşayan qızıldərililərin inanclarına əsasən bu talisman pis yuxuları, kabusları tutur və insanlara yaxşı yuxular ötürür. Taxtası söyüd ağacından, forması isə dairə şəklində olmalıdır. Aksesuarın dairə formasında olması  insanın ömrünü , bir digər qaynaqlardakı məlumatlara əsasən isə gecə və gündüzün növbələşməsini simvolizə edir. iplərdən hörülmüş tor şəklində olan orta hissəsi hörümçək toruna bənzədilir və mərkəz isə boş qalır.  Qızıldərililər hörümçək torunu ideal formali fiqur hesab edirdilər. Və bunu da bir möcüzə sayırdılar. İnanclara əsasən  yaxşı yuxular mərkəzdəki boş hissədən keçir, pis yuxular isə torda ilişib qalır və günəşin ilk şüaları ilə yoxa çıxırlar. Talismanın aşağı hissəsində olan lələklər və muncuqlar isə  həyatda ən vacib olan havanı təmsil edir və  pozitiv fikirlərin, xəyalların süzülüb insana rahatlıqla sirayət etməsini təmin edir.
Qızıldərililər həmçinin “Yuxu ovlayan” ı yeni doğulmuş körpənin başının üstündən a/sırdılar ki, pis və neqativ ruhlar ondan uzaq olsun.
Inancların bir digərinə görə isə əgər bu talismanı yatağının üstündən və ya yanından asan shexs pis yuxular görərsə talismanı yandırıb yenisi ilə əvəz etməlidir.
Dream Catcherin günümüzdə yenidən aktuallaşması isə Qızıldərililərin nəsillərindən olanlar tərəfindən pis qarşılanır. Fikirlərinə görə amuletin kommersiya məqsədi daşıması onların mədəniyyətini ləkələyir.
Əgər sizə də Dream Catcher maraqlı gəlirsə xarici online shopping saytlarından və ya instagramda bir çox handmade səhifələrdən sifariş verə bilərsiniz.




Mənim dini inanclarım çox möhkəm olmasa da belə xırda inanclarım çoxdu. Keçmiş sinif yoldaşım (Thank you Röyalə) ad günümə özü sep kimi hazırlamışdı mənə dreamcatcher, mən də tam da axtarırdım, düzəltməyə də ərinirdim (məndən çıxmayan iş tənbəllik :D). Həmin “sep” hələ də kravatımın üstündən asılıb ^_^








P.S aşağıdakı linklərdə ev şəraitində Dreamcatcher hazırlamağın qaydaları var. Qəşəng alınsa birini də mənə hədiyyə edə bilərsiniz ^_^


                                                                                              Hələlik