Dream Catcher
Yuxu tutan
Son zamanlar yəgin ki, tez-tez
qarşılaşmısınız bu aksesuarla. Dream Catcher-ə çox yerdə rast gələ bilərik –
evdə dekor kimi, aksesuar olaraq sırğa, boyunbağı və ya pirsinq kimi, hətta bədəndə
bu simvolu tattoo kimi döydürmək də bu aralar çox trenddir. Kimisi aksesuarın
görünüşünə görə kimisi də inanclarına görə.
Bəs əslində
bu simvolun mənası nədir? Necə yaranıb?
Dream
Catcher hərfi mənası yuxu tutan və ya yuxu ovlayan kimi tərcümə etmək olar .
Yaranma tarixi isə çox qədimdən gəlir. Şimali Amerikada yaşayan qızıldərililərin
inanclarına əsasən bu talisman pis yuxuları, kabusları tutur və insanlara yaxşı
yuxular ötürür. Taxtası söyüd ağacından, forması isə dairə şəklində olmalıdır.
Aksesuarın dairə formasında olması insanın ömrünü , bir digər qaynaqlardakı məlumatlara
əsasən isə gecə və gündüzün növbələşməsini simvolizə edir. iplərdən hörülmüş tor
şəklində olan orta hissəsi hörümçək toruna bənzədilir
və mərkəz isə boş qalır. Qızıldərililər
hörümçək torunu ideal formali fiqur hesab edirdilər. Və bunu da bir möcüzə
sayırdılar. İnanclara əsasən yaxşı
yuxular mərkəzdəki boş hissədən keçir, pis yuxular isə torda ilişib qalır və
günəşin ilk şüaları ilə yoxa çıxırlar. Talismanın aşağı hissəsində olan lələklər
və muncuqlar isə həyatda ən vacib olan
havanı təmsil edir və pozitiv fikirlərin,
xəyalların süzülüb insana rahatlıqla sirayət etməsini təmin edir.
Qızıldərililər həmçinin “Yuxu ovlayan” ı
yeni doğulmuş körpənin başının üstündən a/sırdılar ki, pis və neqativ ruhlar
ondan uzaq olsun.
Inancların
bir digərinə görə isə əgər bu talismanı yatağının üstündən və ya yanından asan shexs
pis yuxular görərsə talismanı yandırıb yenisi ilə əvəz etməlidir.
Dream
Catcherin günümüzdə yenidən aktuallaşması isə Qızıldərililərin nəsillərindən
olanlar tərəfindən pis qarşılanır. Fikirlərinə görə amuletin kommersiya məqsədi
daşıması onların mədəniyyətini ləkələyir.
Əgər
sizə də Dream Catcher maraqlı gəlirsə xarici online shopping saytlarından və ya
instagramda bir çox handmade səhifələrdən sifariş verə bilərsiniz.
P.S aşağıdakı linklərdə ev şəraitində Dreamcatcher hazırlamağın qaydaları var. Qəşəng alınsa birini də mənə hədiyyə edə bilərsiniz ^_^
Hələlik



No comments:
Post a Comment