Sunday, 12 October 2014

Yarı səndə Yarı məndə


Bu dəfə artıq gözlərimizi "мозоль" eləmiş Ombre saçlar haqqında yazmışam. Cümləmə aydınlıq gətirim, bütün Ombre saçları pisləmirəm mən, heyran olduğum, baxanda paxıllıq çəktiyim Ombre saçlar çoxduu. Amma baxıb ağız büzdüylərim heyif ki daha çoxdu. Əvvəla Ombre rəng dəyişimi, rəng keçişi (çox çirkin söz oldu bilirəm) deməkdi. Yəni Ombre tək saçda olmur, paltarın rəngində, dırnaqda, otağın dizaynında və başka milyonlarla yerə misal göstərmək olar.






çox heyif ki, bizdə ombre saçların 70%i belə olur. Saçını kraska vedrəsina batırıb çıxarmısan elə bilki.. Vallah eybəcər görsənir belə.

     əslində Ciaranın bu Ombresini də heç bəyənmirəm amma bu yenə dərd yarı.. 


13 yaşlarımdan özümə örnək götürdüyüm Leighton Meester in Ombresi ideal saya biləcək qədər mükəmməldi. 










Başka ideal saydığım Ombrelər. Əgər Ombre eləməyi qərara almısınızsa daha professional salonlarda və ya bilən birinə elətdirin ki qıraqdan baxanda gülünc olmasın zövq oxşasın.
Əlbəttə ki, Ombre tək sarıya keçmə, sarıya dəyişim deil. Amma ən çox rastlanan budu deyə sarı rəngdən örnəklər verdim.




MÜKƏMMƏL deyəcəyim ombrelərdən biri.. Adam eləcə oturub baxmaq istəyir bu saça :D :D Hə amma bizdə o məşhur "filankəs nə deyər" ə görə bunu eləsən, nənələr xalalar bibilər "o niyə başını o günə qoyub" deyər deyə bunu hər adam risk eləməz.
10cu sinifin axırları 11ci sinfin əvvəllərində oxuyanda mamanın artıq kraskalarınnan saçıma vururdum(qırmızı rəng) o vaxt amma ombrenin nə olduğunu bilmirdim (3 il əvvəl)
Ombre haqqında da yazdım rahat oldum biraz :DXOXO hamınızı öpdüm 





Tuesday, 7 October 2014

Happy Birthday Mom!

Həyatda mənə ən dəyərli olan biri mamamdı. Uşaqlıqdanbəri hər onun adgününə nəsə hazırlamağa çalışmışam. 4-5 yaşımolanda bir neçə ay pul yığıb 6 məmmədə (1 manat 20 qəpiyə) tort almışdım. yenə balaca vaxtlarımda 8 şirvan səhf eləmirəmsə (16 manat) pulyığıb güldan almışdım. Məhəlləmizdəki marketdə satılırdı neçə vaxt gəlib gedib orda satıcıya xaiş eləmişdimki "xala o vazanı satmayın biz pul yığıb mamamıza alacıq." Sora bir dəfə bibim oğlanları bizdə idi demişdilər ki o nədi elə aftafaya oxşuyur. Nə qədər pis olmuşdum hələdə yadımdadı. Amma doğurdan o qədər çirkin güldandı ki :D :D Bu təxminən 6 yaşımda olub.Məktəbə təzə gedəndə onun baş hərflərindən Şeir yazmağa çalışmışdım. Bu işin mənniy olmadığını görüb işi zirvədə buraxdım :D O şeir hələdə mamada hardasa qalır)) Ağlıma başka suprizlərim indi gəlmir :(
Mamam riyaziyyat müəlliməsidi. Mən də keçən il ona video hazırlamağa qərara gəlmişdim. Hazırlıq şagirdləri, əvvəl dərs dediyi şagirdlər kimlərləki əlaqə saxlaya bilmişdim olardan video hazırlamışdım. Mən bilən mamanın xoşuna gəlmişdi o da :) Videonu aşağıya qoydum. Mənə kömək edənlərə minnətdaram)

Mamaya hədiyyə fikirləşəndə həmişə 1il əvvəldən fikirləşirəm. Bu dəfə də hədiyyəmin nə olacağıını 6 ay əvvəldən planlamışdım. İnternettə gəzəndə təsadüfən maraqlı suprizlər çıxdı rastıma. Və belə birşeyin mamanın çoox xoşuna gələcəyini fikirləşdim. Axtardım Azərbaycanda belə bir hədiyyələr hazırlayan şirkətin olub olmadığı ilə maraqlandım və TAPDIIMM!! 


Hə bu urəyi tapdıq indi bu nə gətirib versin mamaya qaldı onu fikirləşmək. Hansı ki onu çoox təəccübləndirsin. Mamam Parfumbaz olduğuna görə həm də duxi ilə bağlı bir şey olsun.  Və birdən belə bir şey ağlıma gəldi... 


Belə bir upakovka aldığınızı təsəvvür edin..
Özü də bəzi tanışlarına mamadan "tava xoşlayırsınız ya qazan" sualı verməyini istədim. Hər dəfə də mamaya o sualı verəndə əsəbləşirdiki mənə tava alsalar başlarına keçirdərəm :D Ya da o sualı verənlərə "villeroy&boch dan alın heç olmasa alsaz" deirdi. (Bəli mamam da brend sevəndi ^_^)





Tavamızı da aldıq içinə də mamanın sevdiyi iylərdən olan  Shiseido dan Zen.
Deməli həmin gün mama da aşağı sinif şagirdlərini Metroparka aparmışdı.Metro Parkda gəzdiyləri vaxt Bu çıxdı qarşılarına əvvəldə Metro Parkdakı iqruşkalardan biri bildi. Yaxınlaşıb "Salam Zülfiyyə xanım sizi Müəllimlər günü, Qurban bayramı və ad günü münasibəti ilə təbrik edirik" Mama da hələ donuz Ürəyin üzünə baxır ki adımı hardan bilir görən. Axırda deyəndə ki "bu qızınız Nigarın hədiyyəsidi" və tavanı mamaya uzadanda başa düşdü  olanları :D 



Mən elə qəşəng, bəzəyli cümlələr çox qura bilmirəm deyə belə suprizlər eləməyi xoşlayıram. Həmişə yanımda ol, i həmişə belə ol!!! 

Tuesday, 30 September 2014

Bu dəfə oğlanlar haqqında. Oğlanlar üçün dəb

Blogu açanda tək modadan yazmaq istəmirdim. Ümumi Lifestyle bloguolsun istəyirdim amma hələki ancaq qızlara aid dəbdən yazmışam. Bu qədər qızlardan yazıram dedim bu dəfə bizi qoruyan, bizdən daha güclü (fiziki cəhətdən) cinsin nümayəndələrindən yazım. Şəkillərdə görəcəyiniz oğlanları, kişiləri onlar kimi geyinənləri bakı küçələrində görməyi çox arzulayıram. Yoxdu deyə bilmərəm hətta daha zövqlü geyinənləri  var amma çooox çoxxxx azdılar :(
Çox yaxınım belə bir cümlə işlətmişdi bir dəfə: Qızlar isti aylarda oğlanlar soyuq aylarda daha zövqlü geyinə bilir. 
Elə də mənalı cümlə gəlməyə bilər sizə amma istənilən markanın kolleksiyalarına, həmin fəsillərdə vitrinlərə fikir versəniz elə olduğunu görərsiniz.
Çox heyf ki bu cür yaxşılığa doğru müasirləşən Bakıda (görünüşcə) gəzəndə 80 faiz bəlkə də daha çox eyni tip geyimlər eyni tip insanlar görürük.

Bakıda "Stilni oğlan" deyəndə ağıla ilk gələn damdaar yığılmış şalvar, 3 manata alınmış LV, Moschino, Gucci, Hermes kəmərləri, o qədər dar ki əynində düymələrin arasından bədəni görünən yığdırılmış rubaşkalar.. Mokasinlər.. (yadımnan çıxmışdı soradan yadıma düşdü). 
  yenə ayaqları biraz iri olsa dərd yarıye amma qolum qalınlığında ayaqları ola ola o qədər yığdırırlar ki şalvarı.. İnanmayassız amma bir tanışım ("çerez-çerez") şalvar o qədər dar olur ki əyninə kloknan geyinir. Nə ölümdü ay qardaş? Düzdü yuxardakı qaradərili oğlanın geyimini estetik cəhətdən gözəl saymıram. Geyimini deyəndə şalvarını. Amma dar şalvara misal olaraq gətirdim bunu.

Standart geyimlərimizdən biri. Qara kofta qara kurtka. Geyim mütləq qara olmalıdı. 


    Yenə biraz geyiminə fikir verənlər bu tipdə geyinirlər. Onlar da eynidilər :( Zövqlü geyinənlər daha krutoy geyinənlər naxışlı rubaşkaları qırtlağına qədər bağlayırlar onu da o qədər daraldırlar ki hərəkət eliyə bilməsinlər. Sora da deirlər ki qolumun əzələsinə görə sıxır :D
Düzdü bu geyimi mən bəyənməsəm də bəyənənlər çoxdu. Ona görə buna çox ilişməyəcəm.



Qabaqdan soyuq havalar gəlir, məsələn, universitetlərdə, iş yerlərində, küçədə, bayırda bu geyimdə oğlanlar görsəy pis olar? Yun necə yaraşır baxın. 











 Düzdü, bir tərəfdən oğlanları başa düşürəm. Maraqlı bir şey geyinməyə çalışsalar "ponyatkalı" dostları  "ehehe bu nədi ala, bunun oğlançun olanı yoxuydu? ehehe"
 deyib adamı əsəbləşdirirlər.










Oğlanlar haqqında danışırıqsa tək geyimlərindən yox saçlarınnan da danışaq. 

 Bilin ki, siz bərbərlərə oğlan şəkilləri aparanda ki saçımı belə düzət nəticəsi aşağıdakı kimi olur.






 ya da "çeçenka" dediyiniz bu saç modeli. Axı gözəl görünmür bu...







Futbolçularda, aktyorlarda saçlar görürsünüz, deirsiniz mənim də saçım belə olsun. Əvvəl min ölçün görün sizin üz quruluşunuza burnunuza gözünüzə o saç gedir ya yox?! Çalışın həmişə bir bərbərlə işləyin. O sizin üzünüzə nə gedir, nə yaraşır daha yaxşı biləcəy.

Aktual mövzülardan biri olan SAQQAL...

 


Başa düşürəm. Həryerdə bu şəkilləri görürsünüz siz də dəbə uymaq istəyirsiniz və bu çox yaxşı şeydi. Amma onlar fotomodellərdi. Sizə də belə yaraşır? Yaraşanı var hə amma yaraşmayanı daha çox görmüşəm. Ortalıqda vəhabi kimi gəzillər. Nolsun fotomodeldi deyirsiniz məsələn. Onların qaşlarına baxın, elə səliqəli qaşınız varsa çox ehtimal sizə də yaraşar saqqal. Qaşı tamam bitişik olan oğlanlar belə saqqal saxlayanda dəhşət olur O.o




Türklərin kirli sakal dedikləri söz birləşməsi daha çox oğlana yaraşır nəinki belə saqqal.

Monday, 25 August 2014

adını bilmədiyimiz amma çox sevdiyimiz - Rhinestone



Təzə dəbə gələn hansı ki 2il əvvəl hardasa görsək yaxınlaşmayacağımız bu seplər Rhinestone adlanır (MIŞ). Düzünü deyim də indi, bu yazını yazanacan mən də bilmirdim, Zara nın saytında rastıma çıxdı söz, sözün nə olduğunu bilməyib Translate elədim gördüm nə deməydi. Rhinestone-saxta brilliant deməkdir. Kinolarda, Kliplərdə istfadə olunan Brilliantlar kimi. Bilmirəm ilk hansı marka belə bir şeyi satışa çıxartdı. Düzü mənə elə gəlir həmişə olub bunlar satışda. Amma bu yay belə"partdadı".  


Zara 45 AZN
Zara 39 AZN

Zara 35 AZN
Zara 45 AZN

Gördüyünü bu modellər bizim halımızdan anlyan Zara nın kolleksiyasınnandı. "Siz onsuzda əsl brilliant ala bilmərsiz alın buları taxın" deyib satışa çıxarıb.  Qiymətləri ucuz heç deyil düzdü. Amma məncə özümüzə imkan yaradıb 1 cə dənəsini də alıb Bijuteriyalarımızın yanına qoymalıyıq. 


Mango 29.90 AZN
bu gördüyünüz model də Mango nundu.Onsuzda Mango axır vaxtlar deppresiyona girmiş qızlara oxşuyur. Ancaq salaş , maqazinə gedəndə geyinməyə utanacağımız kolleksiya çıxardıb. Yay üçün neçə dəfə girmişəm heçnə bəyənməmişəm. P.S. təzə kolleksiyanı görməmişəm ümid edirəmki çıxıb deppressiyadan. Seplər içində biraz bunu bəyəndim o da o birilərə baxanda. Məncə Zara nın kolleksiyasının yanından  keçməz. 




ASOS 29.90 $ 
ASOS 68 $ 

Bunlar da online shopping saytlarından ən məhşurlarından olan ASOS dandı. Ebayda da 100lərlə seçim var.Onların şəkilini qoysaydım şeyini çıxarmış olardım deyə fikirləşdim. 








22 manat
25 manat
 bu gördüyləriniz də bizim instagramda online səhifələrindən götürmüşəm. İqtisadçı olaraq dövlətimin iqtisadiyyatına xeyir vermək məqsədiylə paylaşmadım buları. Ebayda daha gözəlləri və bundan 3 dəfə bəlkə də ucuzları var amma əgər online shoppinglə vaxtınızı itirmək istəmirsinizsə və ya bacarmırsınızsa online shoppingi bu səhifələrdən sifariş verməyi məsləhət görürəm. Burda Reklam eləmək kimi çıxar deyə (guya çox oxuyan var axı bu yazını) yazmıram amma öyrənmək istəsəniz yazarsız deyərəm hansı səhifələrdi.
Bu sağda olandan mən almışam və deyim ki, şəkildəkindən 3 dəfə gözəldi ^_^


      

gördüyümüz kimi rubashkalarla istər yaxası açıq, istərsə də yaxası bağlı çox super yaraşır. Düzdü mən elə düyməni axıracan bağlaya bilmirəm. Ürəyim partdayar. Amma elə geyinənlərə kimə ki yaraşdırıram xoşuma gəlir.    



 Sviterlərlə də şipşirin görünür. özü də çalışın elə yubkanı qara kalqotkaynan geyinin. Ətraf nə deyər diyə yox qışda kapron geyinirsiz,üşüməydən ayağınızın tüklərinin yeri biz biz olur ha onda heçdə sexy kimi yox tupoy kimi görünürsüz. Məncə ;)
   Ayyy bu yubkalardan ürəyiimmm gedirrr. Amma alsam hara geyinəcəyimi bilmədiyimçün şkafın bir yerində qalacaqdı.
Çalışın boyun hissəsində bəzəyi olan, nəsə bir hərəkəti olan koftalarla taxmayın bu sepləri. boyunda 2 şeyə birdən diqqət çəkməy istəsəniz alınmaz. Bu tək sinə hissəsinə aid deyil. Hər bir hissədə diqqət 1 şeyə yönəlməlidir. 


Thursday, 21 August 2014

Bapbalaca boyu var...Cib dolusu qiyməti var..

Keçən sezonnan dəbdə olan və hələdə öz aktuallığını qoruyan bapbalaca sumkalar haqqındadı bu yazı. Rukzak tipli sumkalar yox, böyük sumka modellərinin kiçildilmiş formaları. Tanrıımmmm... Belə gözəliy, belə şirinniy olar?? Siz heç getmiyin dəbdən, gəlin həmişə biznən qalın. Düzdü keçən sezonnan dəbdədi deyirəm amma Bakı küçələrində elə də rastıma çıxmayıb. Bir “Celine” modellərinin fakelərini nəzərə almasaq.
   gördüyünüz bu balaca SUMKAnın (adını qiymətinə görə böyük hərflə yazmalıyam) nə az nə də çox 3780 cə dollar qiyməti var ^_^


İyilərin dostu kötülərin düşmanı olan DİOR unda beləbir supperr modeli var.  bu Sumoçkanın isə cəmi 1580 dollar qiyməti var. Başa düşdüyünüz kimi Dior deibki mən CELİNE kimi deiləm kasıbların halınnan başa duşurəm    





Bu GUESSin modelini də çox bəyəndim amma o qara   modelini bilmədiyim (bilən olsa mənə mütləq yazsın) sumkaya ürəyimmmm getdiii O.o Lookbookda gəzəndə rastıma çox çıxdı həmin qara sumka amma modelini heç bir paxıl qeyd elememışdı (mən də eləməzdim bəlkə)






Və bu xanım qızımızın əlində tuttuğu DİOR umuzun bir modelidi. Qız Dior götürməyinə baxmayaraq sadə şalvar üstündən ondan sadə jilet geyinib . Düzdü mən olsaydım Ən gözəgirən paltarımı ən parıldayan ayaggabımı saçımı da toyda gəlinin bacısı kimi şit bir stilde eliyərdim. Nə də olsa əlimizdə DİOR var . Nə geyinsəm stil olar. Bu balaca Dior umuzun isə 3000 cə dollar qiyməti var ^_^
Bir də “louis vuitton” cuğumuzun sumkası rastıma çıxıb amma o modeli internettə tapammadım  L L İstanbulda geydirməsini 200 dollara gördüm istəmədim geydirmə modelə bu qədər pul verməy. 







Və sonda mən də ağzımın suyu axa axa bu sumkalara baxanda almamağı özümə sığışdıra bilmədim. İstanbulda İstinye Park da gəzəndə bu model çıxdı qabağıma bu şirin şey. Düzdü yuxarda saydığım modellərin arasında özünü bəlkə pis hiss eləyə bilər amma mən onu yenədə sevəcəm.
    “NİNE West olan bu sumkamı səhf eləmirəmsə 499 liraya aldim. ("yaxşı ki500 deyil" zarafatını eləmiyəcəm).






Sonda qeyd kimi bir şey eliyim. Modellərin üstündə bəziləri Rukzak kimi taxılırdısa da mənə bunu elə sumka kimi taxmağı daha şirin daha stilniy gəlir. Bu şəkildəki kimi mənə o qədər də gəşəng görünmür