Thursday, 21 August 2014

Bapbalaca boyu var...Cib dolusu qiyməti var..

Keçən sezonnan dəbdə olan və hələdə öz aktuallığını qoruyan bapbalaca sumkalar haqqındadı bu yazı. Rukzak tipli sumkalar yox, böyük sumka modellərinin kiçildilmiş formaları. Tanrıımmmm... Belə gözəliy, belə şirinniy olar?? Siz heç getmiyin dəbdən, gəlin həmişə biznən qalın. Düzdü keçən sezonnan dəbdədi deyirəm amma Bakı küçələrində elə də rastıma çıxmayıb. Bir “Celine” modellərinin fakelərini nəzərə almasaq.
   gördüyünüz bu balaca SUMKAnın (adını qiymətinə görə böyük hərflə yazmalıyam) nə az nə də çox 3780 cə dollar qiyməti var ^_^


İyilərin dostu kötülərin düşmanı olan DİOR unda beləbir supperr modeli var.  bu Sumoçkanın isə cəmi 1580 dollar qiyməti var. Başa düşdüyünüz kimi Dior deibki mən CELİNE kimi deiləm kasıbların halınnan başa duşurəm    





Bu GUESSin modelini də çox bəyəndim amma o qara   modelini bilmədiyim (bilən olsa mənə mütləq yazsın) sumkaya ürəyimmmm getdiii O.o Lookbookda gəzəndə rastıma çox çıxdı həmin qara sumka amma modelini heç bir paxıl qeyd elememışdı (mən də eləməzdim bəlkə)






Və bu xanım qızımızın əlində tuttuğu DİOR umuzun bir modelidi. Qız Dior götürməyinə baxmayaraq sadə şalvar üstündən ondan sadə jilet geyinib . Düzdü mən olsaydım Ən gözəgirən paltarımı ən parıldayan ayaggabımı saçımı da toyda gəlinin bacısı kimi şit bir stilde eliyərdim. Nə də olsa əlimizdə DİOR var . Nə geyinsəm stil olar. Bu balaca Dior umuzun isə 3000 cə dollar qiyməti var ^_^
Bir də “louis vuitton” cuğumuzun sumkası rastıma çıxıb amma o modeli internettə tapammadım  L L İstanbulda geydirməsini 200 dollara gördüm istəmədim geydirmə modelə bu qədər pul verməy. 







Və sonda mən də ağzımın suyu axa axa bu sumkalara baxanda almamağı özümə sığışdıra bilmədim. İstanbulda İstinye Park da gəzəndə bu model çıxdı qabağıma bu şirin şey. Düzdü yuxarda saydığım modellərin arasında özünü bəlkə pis hiss eləyə bilər amma mən onu yenədə sevəcəm.
    “NİNE West olan bu sumkamı səhf eləmirəmsə 499 liraya aldim. ("yaxşı ki500 deyil" zarafatını eləmiyəcəm).






Sonda qeyd kimi bir şey eliyim. Modellərin üstündə bəziləri Rukzak kimi taxılırdısa da mənə bunu elə sumka kimi taxmağı daha şirin daha stilniy gəlir. Bu şəkildəki kimi mənə o qədər də gəşəng görünmür 

No comments:

Post a Comment