Təsadüfən internettə rastıma çıxan və məndə maraq oyadan bir kitabdan yazacam. Əslində bu yazını yazanda istəyirdim ki, oxuduğum kitabların hər biri haqqında yazım amma sonra gördüm ki çox uzun və maraxsız bir yazı olar. Ona görə ara-ara belə bir yazı yazacam. Özümə kitab qurdu demərəm. Gərəy o kitabı mənə oxumağa nəsə məcbur etsin, yazıçısı, kitabın üz qabığı, onun haqqında olan rəylər və s. Bu kitabda mənə maraqlı gələn adı idi. Heç tanınmamış birinin yaşadığı həyat. Professional yazıçı publist deyil də mənim kimi bir qızın yazdığı bir kitab olduğu üçün lap maraqlı gəldi mənə. İlk kitabı oxuyanda o qədər çəkti ki məni. Çox gülməli gəldi hisslərimin düşüncələrimin kitabdakılarla üst-üstə düşməsi. İnternettə bu kitaba rast gəldim və Bakıda heç harda tapa bilmədim. O aralar nenem İstanbula getməli idilər və bu kitabın 2 hissəsini (3cü yazılmamışdı hələ) zakaz elədim ki alsınlar mənə. Mənə 2 dənə kitab gəlmişdi. Amma 2 eyni kitab idi birincini oxuyandan sonra dəli kimi 2ci ni axtarmağa başladım. O aralar semestr Tətili idi və Sənan adlı tanışım Türkiyədən qayıdırdı. Bu kitabı istədim çox sağolsunki tapdı və aldı. 3cü hissəsi çıxandan biraz sonra isə instagramda online kitab mağazalarından sıfarış verdim həmin gün də gətirdilər. (BAKUMOZBOOKS)
Buqədər tərifləyirəm və oxuyanda sizə heç də maraqlı gəlməyə bilər. Heç şiddətlə tövsiyə də eləmirəm. (tövsiyyə eləyəcəyim digər kitablar olacaq)

bir gün yuxudan oyanır və özünü "ex sevgili" kimi görür. 4 il sonra. 4 ildir sevgili olduğu ve bir neçə vaxt sonra evlənəcəy olan Bora artıq ona yad biri olur. Və sevgilisindən ayrılandan sonra keçirdiyi vaxtlar, digərləri ilə biryerdə olması (və ya ola bilmemeyi). Hər şeyin günahını köhnə sevgilisində görməsi. 4 illik münasibətdən sonra həyatının alt-üst olması.
Bu kitabı qızlara şiddətli dərəcədə tövsiyə etsiyim halda , oğlanlara məsləhət görmürəm. Məncə sıxılarlar. Amma hər qız özündən bir parça tapar bu kitabda. Bunlar da kitabdan bəyəndiyim hissələr.
bu kitabın ikinci hissəsi. Daha mükəmməl, daha gülməli, daha romantik. Həmin 4 illik münasibətində yaşadıqları, etdiyi səhflər, başına gələnlər. Günahkar bildiyi sevgilisinin heç bir günahı olmadığını əslində bütün səhfin onda olduğunu, hər kəsin elədiyi amma etməməli olduğu şeylərə görə münasibətləri alınmır. Hər kəsin öz münasibətində başına gələnlər, mükəmməl sandığı sevgilisinin səhfləri.
"bence bana aşık olmak sana çok yakışır"
bu seriyanın sonuncu hissəsi olan kitab..
Köhnə sevgiliylə təzədən birlikdə olmaq ən böyük axmaqlıqdır ya gerçək sevgidir?
Yeni sevgilisini, onu başkasıyla aldatan köhnə sevgilisiylə aldatan bir qadına nə deyərlər?
Bəs o həmişə axtarılan, istənən, arzulanan "doğru və düzgün" adamı tapanda nə olur?
O kafedə nələr oldu?
No comments:
Post a Comment