Monday, 25 August 2014

adını bilmədiyimiz amma çox sevdiyimiz - Rhinestone



Təzə dəbə gələn hansı ki 2il əvvəl hardasa görsək yaxınlaşmayacağımız bu seplər Rhinestone adlanır (MIŞ). Düzünü deyim də indi, bu yazını yazanacan mən də bilmirdim, Zara nın saytında rastıma çıxdı söz, sözün nə olduğunu bilməyib Translate elədim gördüm nə deməydi. Rhinestone-saxta brilliant deməkdir. Kinolarda, Kliplərdə istfadə olunan Brilliantlar kimi. Bilmirəm ilk hansı marka belə bir şeyi satışa çıxartdı. Düzü mənə elə gəlir həmişə olub bunlar satışda. Amma bu yay belə"partdadı".  


Zara 45 AZN
Zara 39 AZN

Zara 35 AZN
Zara 45 AZN

Gördüyünü bu modellər bizim halımızdan anlyan Zara nın kolleksiyasınnandı. "Siz onsuzda əsl brilliant ala bilmərsiz alın buları taxın" deyib satışa çıxarıb.  Qiymətləri ucuz heç deyil düzdü. Amma məncə özümüzə imkan yaradıb 1 cə dənəsini də alıb Bijuteriyalarımızın yanına qoymalıyıq. 


Mango 29.90 AZN
bu gördüyünüz model də Mango nundu.Onsuzda Mango axır vaxtlar deppresiyona girmiş qızlara oxşuyur. Ancaq salaş , maqazinə gedəndə geyinməyə utanacağımız kolleksiya çıxardıb. Yay üçün neçə dəfə girmişəm heçnə bəyənməmişəm. P.S. təzə kolleksiyanı görməmişəm ümid edirəmki çıxıb deppressiyadan. Seplər içində biraz bunu bəyəndim o da o birilərə baxanda. Məncə Zara nın kolleksiyasının yanından  keçməz. 




ASOS 29.90 $ 
ASOS 68 $ 

Bunlar da online shopping saytlarından ən məhşurlarından olan ASOS dandı. Ebayda da 100lərlə seçim var.Onların şəkilini qoysaydım şeyini çıxarmış olardım deyə fikirləşdim. 








22 manat
25 manat
 bu gördüyləriniz də bizim instagramda online səhifələrindən götürmüşəm. İqtisadçı olaraq dövlətimin iqtisadiyyatına xeyir vermək məqsədiylə paylaşmadım buları. Ebayda daha gözəlləri və bundan 3 dəfə bəlkə də ucuzları var amma əgər online shoppinglə vaxtınızı itirmək istəmirsinizsə və ya bacarmırsınızsa online shoppingi bu səhifələrdən sifariş verməyi məsləhət görürəm. Burda Reklam eləmək kimi çıxar deyə (guya çox oxuyan var axı bu yazını) yazmıram amma öyrənmək istəsəniz yazarsız deyərəm hansı səhifələrdi.
Bu sağda olandan mən almışam və deyim ki, şəkildəkindən 3 dəfə gözəldi ^_^


      

gördüyümüz kimi rubashkalarla istər yaxası açıq, istərsə də yaxası bağlı çox super yaraşır. Düzdü mən elə düyməni axıracan bağlaya bilmirəm. Ürəyim partdayar. Amma elə geyinənlərə kimə ki yaraşdırıram xoşuma gəlir.    



 Sviterlərlə də şipşirin görünür. özü də çalışın elə yubkanı qara kalqotkaynan geyinin. Ətraf nə deyər diyə yox qışda kapron geyinirsiz,üşüməydən ayağınızın tüklərinin yeri biz biz olur ha onda heçdə sexy kimi yox tupoy kimi görünürsüz. Məncə ;)
   Ayyy bu yubkalardan ürəyiimmm gedirrr. Amma alsam hara geyinəcəyimi bilmədiyimçün şkafın bir yerində qalacaqdı.
Çalışın boyun hissəsində bəzəyi olan, nəsə bir hərəkəti olan koftalarla taxmayın bu sepləri. boyunda 2 şeyə birdən diqqət çəkməy istəsəniz alınmaz. Bu tək sinə hissəsinə aid deyil. Hər bir hissədə diqqət 1 şeyə yönəlməlidir. 


Thursday, 21 August 2014

Bapbalaca boyu var...Cib dolusu qiyməti var..

Keçən sezonnan dəbdə olan və hələdə öz aktuallığını qoruyan bapbalaca sumkalar haqqındadı bu yazı. Rukzak tipli sumkalar yox, böyük sumka modellərinin kiçildilmiş formaları. Tanrıımmmm... Belə gözəliy, belə şirinniy olar?? Siz heç getmiyin dəbdən, gəlin həmişə biznən qalın. Düzdü keçən sezonnan dəbdədi deyirəm amma Bakı küçələrində elə də rastıma çıxmayıb. Bir “Celine” modellərinin fakelərini nəzərə almasaq.
   gördüyünüz bu balaca SUMKAnın (adını qiymətinə görə böyük hərflə yazmalıyam) nə az nə də çox 3780 cə dollar qiyməti var ^_^


İyilərin dostu kötülərin düşmanı olan DİOR unda beləbir supperr modeli var.  bu Sumoçkanın isə cəmi 1580 dollar qiyməti var. Başa düşdüyünüz kimi Dior deibki mən CELİNE kimi deiləm kasıbların halınnan başa duşurəm    





Bu GUESSin modelini də çox bəyəndim amma o qara   modelini bilmədiyim (bilən olsa mənə mütləq yazsın) sumkaya ürəyimmmm getdiii O.o Lookbookda gəzəndə rastıma çox çıxdı həmin qara sumka amma modelini heç bir paxıl qeyd elememışdı (mən də eləməzdim bəlkə)






Və bu xanım qızımızın əlində tuttuğu DİOR umuzun bir modelidi. Qız Dior götürməyinə baxmayaraq sadə şalvar üstündən ondan sadə jilet geyinib . Düzdü mən olsaydım Ən gözəgirən paltarımı ən parıldayan ayaggabımı saçımı da toyda gəlinin bacısı kimi şit bir stilde eliyərdim. Nə də olsa əlimizdə DİOR var . Nə geyinsəm stil olar. Bu balaca Dior umuzun isə 3000 cə dollar qiyməti var ^_^
Bir də “louis vuitton” cuğumuzun sumkası rastıma çıxıb amma o modeli internettə tapammadım  L L İstanbulda geydirməsini 200 dollara gördüm istəmədim geydirmə modelə bu qədər pul verməy. 







Və sonda mən də ağzımın suyu axa axa bu sumkalara baxanda almamağı özümə sığışdıra bilmədim. İstanbulda İstinye Park da gəzəndə bu model çıxdı qabağıma bu şirin şey. Düzdü yuxarda saydığım modellərin arasında özünü bəlkə pis hiss eləyə bilər amma mən onu yenədə sevəcəm.
    “NİNE West olan bu sumkamı səhf eləmirəmsə 499 liraya aldim. ("yaxşı ki500 deyil" zarafatını eləmiyəcəm).






Sonda qeyd kimi bir şey eliyim. Modellərin üstündə bəziləri Rukzak kimi taxılırdısa da mənə bunu elə sumka kimi taxmağı daha şirin daha stilniy gəlir. Bu şəkildəki kimi mənə o qədər də gəşəng görünmür 

Wednesday, 20 August 2014

oxumaq ya da oxumamaq (part 1)

Təsadüfən internettə rastıma çıxan və məndə maraq oyadan bir kitabdan yazacam. Əslində bu yazını yazanda istəyirdim ki, oxuduğum kitabların hər biri haqqında yazım amma sonra gördüm ki çox uzun və maraxsız bir yazı olar. Ona görə ara-ara belə bir yazı yazacam. Özümə kitab qurdu demərəm. Gərəy o kitabı mənə oxumağa nəsə məcbur etsin, yazıçısı, kitabın üz qabığı, onun haqqında olan rəylər və s. Bu kitabda mənə maraqlı gələn adı idi. Heç tanınmamış birinin yaşadığı həyat. Professional yazıçı publist deyil də mənim kimi bir qızın yazdığı bir kitab olduğu üçün lap maraqlı gəldi mənə.  İlk kitabı oxuyanda o qədər çəkti ki məni. Çox gülməli gəldi hisslərimin düşüncələrimin kitabdakılarla üst-üstə düşməsi. İnternettə bu kitaba rast gəldim və Bakıda heç harda tapa bilmədim. O aralar nenem İstanbula getməli idilər və bu kitabın 2  hissəsini (3cü yazılmamışdı hələ) zakaz elədim ki alsınlar mənə. Mənə 2 dənə kitab gəlmişdi. Amma 2 eyni kitab idi   birincini oxuyandan sonra dəli kimi 2ci ni axtarmağa başladım. O aralar semestr Tətili idi və Sənan adlı  tanışım Türkiyədən qayıdırdı. Bu kitabı istədim çox sağolsunki tapdı və aldı. 3cü hissəsi çıxandan biraz sonra isə instagramda online kitab mağazalarından sıfarış verdim həmin gün də gətirdilər. (BAKUMOZBOOKS)
Buqədər tərifləyirəm və oxuyanda sizə heç də maraqlı gəlməyə bilər. Heç şiddətlə tövsiyə də eləmirəm. (tövsiyyə eləyəcəyim digər kitablar olacaq)
"bir kitap okudum ve hayatım değişti diyebilmeyi çok isterdim. Ama bir adam tanıdım ve hayatımın içine etti"
bir gün yuxudan oyanır və özünü "ex sevgili" kimi görür. 4 il sonra. 4 ildir sevgili olduğu ve bir neçə vaxt sonra evlənəcəy olan Bora artıq ona yad biri olur. Və sevgilisindən ayrılandan sonra keçirdiyi vaxtlar, digərləri ilə biryerdə olması (və ya ola bilmemeyi). Hər şeyin günahını köhnə sevgilisində görməsi. 4 illik münasibətdən sonra həyatının alt-üst olması. 
Bu kitabı qızlara şiddətli dərəcədə tövsiyə etsiyim halda , oğlanlara məsləhət görmürəm. Məncə sıxılarlar.   Amma hər qız özündən bir parça tapar bu kitabda. Bunlar da kitabdan bəyəndiyim hissələr. 



bu kitabın ikinci hissəsi. Daha mükəmməl, daha gülməli, daha romantik. Həmin 4 illik münasibətində yaşadıqları, etdiyi səhflər, başına gələnlər. Günahkar  bildiyi sevgilisinin heç bir günahı olmadığını  əslində bütün səhfin onda olduğunu, hər kəsin elədiyi amma etməməli olduğu şeylərə görə münasibətləri alınmır. Hər kəsin öz münasibətində başına gələnlər, mükəmməl sandığı sevgilisinin səhfləri. 
"bence bana aşık olmak sana çok yakışır" 

bu da ordan olan bəyəndiyim cümlələr




bu seriyanın sonuncu hissəsi olan kitab..

Köhnə sevgiliylə təzədən birlikdə olmaq ən böyük axmaqlıqdır ya gerçək sevgidir?
Yeni sevgilisini, onu başkasıyla aldatan köhnə sevgilisiylə aldatan bir qadına nə deyərlər?
Bəs o həmişə axtarılan, istənən, arzulanan "doğru və düzgün" adamı tapanda nə olur?
O kafedə nələr oldu?


Saturday, 9 August 2014

Dırnaqlarımız və onların başına gətirdiyimiz oyunlar

Həmişə dırnaqları səliqəli olan, manikürda olan qızlara paxıllığım tutur. Dünyanın ən zəif dırnaqlarına sahib insanam. heç uzanmır dırnağım uzansa da qırılır. Əlimdə 10 barmağımın hər dırnağı ayrı ölçüdə olur. Pilkalamaq desən ətim ürpərir o səsə. 12347 cür maska eləsəm də hamısını mütamadi eləməlisən deyə yarımçıq qoymuşam müalicələri. Əgər doğurdan yaxşı üsul bilən varsa yaza bilər mənə hansi sosial şəbəkədən oldu.
Bir neçə dəfə Gel "naraşıvaniye" elətdirmək fikrim olub mamam necə deyərlər pəlini vurub. Özü gel dırnaq elətdirəndən sonra dırnaqları zəifləmişdi,kağız kimi olmuşdu. Məndə də belə olmağını istəmirdi onsuzda dırnağımın gününə ağlamaq lazımdı.
Mənim ultragüclü istədiyim birşeyə razı salmaq məharətim sağolsun burda da işə girdi və mamam razılaşdı. Bunu da bir podrugam məsləhət görmüşdü özündə də bəyənmişdim. Getdim salona axıra yaxın bildim ki, mənim bu rəfiqəmin gel bildiyi shey "shellak"dı əslində. Bəziləri buna ŞLAK deyir, amma tamamilə səhvdir. Nəysə, sən demə bu xanım tipsi dırnaq qoyur onun üstündən pilkalıyır (tipsi dırnağa qarışana qədər) sonra üstündən gel vurur. Əl işinə sözüm ola bilməzdi çox gözəl idi özü də şirindil xanımıydı. Sonra fikirləşdim ki, belə olubsa qismət deyilmiş. Dekabrın ortalarında eləmişdim bu manikürü kompüterimin arxivindən dırnağımın düşdüyü bir şəkil tapdım. belə bir şey idi.


o da 1 həftə qalmadı məndə. 
qeyd: çox səliqəsiz olduğuma görə hər halda. Rəfiqəm 1 ayda saxlaya bilir bunları.
bu şəkili instagrama qoyanda görməmiş kimi həm Starbucks həm də manikürum düşsün deyə çəkdim. Hər gün Starbucks görmüruy hər halda 

Bugün də mamamla birlikdə Şellak elətdirməyə getdik. Bu dəfə Tipsi ilə yox öz dırnağının üzərinə olunandan elədik. Evə yaxındı və tanıdığımız bir yerdi (başqa xidmətlərindən istfadə etmişik) deyə Ayna Sultanova Parkına yaxın olan Paris Beaute yə gəldik. 

Reseptiondakılar daha səmimi danışsa yaxşı olar. Mənim manikürumu da şellakımı da eləyən Aynur xanımıydı. Çox səliqəli və çoox şirin qızıydı. Amma bir ara qızı gözümnən incəliyəndə zəhləm də getmədi desəm yalan olar. Tanrı boş vaxtında yaradıb elə bil qızı. O boy o əndam. Bir var onun kimi qızlar.Bir də var mən. Kartoşkaya oxşadım onun yanında. Nəysə yenə hirsdəndim ondan yazanda. Bəlkə də mənim xasiyyətim onnan yaxşıdısdffgh
Mamanın dırnağını da o manikür elədi amma Vesta xanım şellakını elədi. Adının niyə elə olduğu mənə də maraqlı gəldi.Çox operativ işləyirdilər. Özü də endirim var halhazırda.
Böyründə 1 ay olmaz ki, FOR MAN bölməsi açılıb belə boylandım içəriyə tərəf amma görə bilmədim heçnə.Tanışlarımdan da ora gedən yoxdu ki nəysə yazım onlar haqqında. Aşağıdakı şəkil də ordan çıxanda çəktim. Qara olan əl mənimdi -_-


indi keçəy daha maraqlı insanların manikürlərinə. Mənimçün New Yorkun ən havalı qızı olan Blake Lively 178 boyuyla mənim boyumda olan ayaqlarıyla ona baxanda yenə kartoşka kimi hiss eləməyə başlıyıram özümü. Maniküru sadədi bəyəndim mən. 










Bir də bu üçbucaq dırnaqlarla (sorry caynaqlarla) barışa bilmirəm heçcür. Onsuzda əvvəldə nəyi bəyənməmişəmsə sonra eləmişəm həmin şeyi. Amma biz kimik ki, Rihanna və Lananı bəyənməyəy. Bəlkə də bir dəfə bunu da"prob" elədim bilməy olmaz məni. hələliy bu qədər. Gedin dırnaqlarınızı düzəldin. Oğlanların fikir verdikləri və xoşlarına gəlir desələr də məncə hər qız öz həmcinslərini partdatmaqçun olardan gözəl görünməkçün eliyir belə şeyləri .


 


 Bir də bu möhtəşəmm dırnaq üçün olan üzüklər var istədim bu bölmədə ondan da danışam. Bəziləri çox kobud gəlsə də bəziləri dəhşət gözəldi. Satışda rastıma çıxmayıb istəyirəm onsuzda online sifariş verəm. Araşdırdım Məhşur markaların bircə Cartierin belə bir məhsulu var. O da kı sonuncu şəkildə olan el deyimi ilə "əyilmiş mıx"

Oğlanlar indi maniküra meyil salıblar. Yanımdakı hansısa oğlanın dırnağı mənim dırnağımnan səliqəli, hələ rəngsiz lak vururlar üstlərinə gözümnən düşər sözün açığı. Bir bacı gözüynən baxaram ona. Oğlan dediyinin dırnağı qısa olmalıdı. Qayçıynan kəsmiyib özü yesə də olar :P :) 


 hələliy bu qədər. Gedin dırnaqlarınızı düzəldin. Oğlanların fikir verdikləri və xoşlarına gəlir desələr də məncə hər qız öz həmcinslərini partdatmaqçun olardan gözəl görünməkçün eliyir belə şeyləri