Monday, 25 August 2014

adını bilmədiyimiz amma çox sevdiyimiz - Rhinestone



Təzə dəbə gələn hansı ki 2il əvvəl hardasa görsək yaxınlaşmayacağımız bu seplər Rhinestone adlanır (MIŞ). Düzünü deyim də indi, bu yazını yazanacan mən də bilmirdim, Zara nın saytında rastıma çıxdı söz, sözün nə olduğunu bilməyib Translate elədim gördüm nə deməydi. Rhinestone-saxta brilliant deməkdir. Kinolarda, Kliplərdə istfadə olunan Brilliantlar kimi. Bilmirəm ilk hansı marka belə bir şeyi satışa çıxartdı. Düzü mənə elə gəlir həmişə olub bunlar satışda. Amma bu yay belə"partdadı".  


Zara 45 AZN
Zara 39 AZN

Zara 35 AZN
Zara 45 AZN

Gördüyünü bu modellər bizim halımızdan anlyan Zara nın kolleksiyasınnandı. "Siz onsuzda əsl brilliant ala bilmərsiz alın buları taxın" deyib satışa çıxarıb.  Qiymətləri ucuz heç deyil düzdü. Amma məncə özümüzə imkan yaradıb 1 cə dənəsini də alıb Bijuteriyalarımızın yanına qoymalıyıq. 


Mango 29.90 AZN
bu gördüyünüz model də Mango nundu.Onsuzda Mango axır vaxtlar deppresiyona girmiş qızlara oxşuyur. Ancaq salaş , maqazinə gedəndə geyinməyə utanacağımız kolleksiya çıxardıb. Yay üçün neçə dəfə girmişəm heçnə bəyənməmişəm. P.S. təzə kolleksiyanı görməmişəm ümid edirəmki çıxıb deppressiyadan. Seplər içində biraz bunu bəyəndim o da o birilərə baxanda. Məncə Zara nın kolleksiyasının yanından  keçməz. 




ASOS 29.90 $ 
ASOS 68 $ 

Bunlar da online shopping saytlarından ən məhşurlarından olan ASOS dandı. Ebayda da 100lərlə seçim var.Onların şəkilini qoysaydım şeyini çıxarmış olardım deyə fikirləşdim. 








22 manat
25 manat
 bu gördüyləriniz də bizim instagramda online səhifələrindən götürmüşəm. İqtisadçı olaraq dövlətimin iqtisadiyyatına xeyir vermək məqsədiylə paylaşmadım buları. Ebayda daha gözəlləri və bundan 3 dəfə bəlkə də ucuzları var amma əgər online shoppinglə vaxtınızı itirmək istəmirsinizsə və ya bacarmırsınızsa online shoppingi bu səhifələrdən sifariş verməyi məsləhət görürəm. Burda Reklam eləmək kimi çıxar deyə (guya çox oxuyan var axı bu yazını) yazmıram amma öyrənmək istəsəniz yazarsız deyərəm hansı səhifələrdi.
Bu sağda olandan mən almışam və deyim ki, şəkildəkindən 3 dəfə gözəldi ^_^


      

gördüyümüz kimi rubashkalarla istər yaxası açıq, istərsə də yaxası bağlı çox super yaraşır. Düzdü mən elə düyməni axıracan bağlaya bilmirəm. Ürəyim partdayar. Amma elə geyinənlərə kimə ki yaraşdırıram xoşuma gəlir.    



 Sviterlərlə də şipşirin görünür. özü də çalışın elə yubkanı qara kalqotkaynan geyinin. Ətraf nə deyər diyə yox qışda kapron geyinirsiz,üşüməydən ayağınızın tüklərinin yeri biz biz olur ha onda heçdə sexy kimi yox tupoy kimi görünürsüz. Məncə ;)
   Ayyy bu yubkalardan ürəyiimmm gedirrr. Amma alsam hara geyinəcəyimi bilmədiyimçün şkafın bir yerində qalacaqdı.
Çalışın boyun hissəsində bəzəyi olan, nəsə bir hərəkəti olan koftalarla taxmayın bu sepləri. boyunda 2 şeyə birdən diqqət çəkməy istəsəniz alınmaz. Bu tək sinə hissəsinə aid deyil. Hər bir hissədə diqqət 1 şeyə yönəlməlidir. 


4 comments:

  1. daimii oxucjnuzam Misssssiss Niggar ❤️

    ReplyDelete
  2. Mende bunlardan alib yigmiwdim yayda.Seplere bu qeder pul vermeye elim gelmediyinden dresslinkden sifaris vermiwdim.

    ReplyDelete