Saturday, 9 August 2014

Blogun ən lazımsız yazısı


Bu mənim blogumun ilk yazının 2ci versiyasıdı. Çünki birincisini save elemek yadımnan çıxmışdı o da silinmişdi. Blogda nələr olacaq,  nə haqda yazılar olacag heç bir fikrim yoxdu. “kafa nereye biz oraya” devizi ilə bir blog açdım. əslində çoox çoxdan blog açmaq fikrim varıydı amma “bir işarətin” gəlməyini gözləyirdim. O işarət də heç cür gəlməyi bilmirdi. Bəlkə də gəlib amma məni tapmayıb.

əslində bu blogun fashion blog olmasını istəyirdim. Amma o qədər professional Fashion bloggerlər var ki, mənim blogum onların yanında “Tükəzbon Parisdə” tipdə bir blog olar fikirləşdim. Düzdu bir dənə də olsun Chanel sumkam yoxdu amma komputerimdə 1283464 dənə chanel sumka şəkili var.


Bir life style blogu olacaq yəginki. Görək necə alınacaq. Xarici bloggerləri çıxdım yerli bloggerlərimiz çoxdu və birbirindən maraqlı yüzlərlə yazılar oxumuşam. Və  ibnə kimi heç birinə 1cə dənə kommenti keçdim like de eləməmişəm. Mənim də blogumda bunun olmayacağını bilirəm :D


əvvəlcə özüm haqqında danışım falan demiyəcəm  bunun heçkimə bir marağının olmayacağını bilirəm. Sosial şəbəkələrdən onsuzda hər bir zibili öyrənə bilərsiniz. O qədər şey varki beynimdə və təbii ki bunların heç biri bu dəgigə ağlıma gəlmir. Buna görə də başlıq Fikir Qabı dır. Getdiyim yerləri, yediyim yeməyləri, aldığım ala bilmədiyim şeylər haqqında başıma gələnlər haqqında yazacam. Bəzək kişilər üçün modadan, bəzən qadınlar üçün modadan yazacam.


Hələlik bu qədər. Təbii ki bu yazıynan heç kimin diqqətini çəkə bilmədim. Elə demıyin bəlkə də sonra sizə çox maraqlı bir blog oldu bu...


1 comment:

  1. Welcome:) I'm also new here:)) Hope you'll have an amazing blog with amazing followers:)))

    ReplyDelete